Qrizmann “Atletiko”da qaldı

Sayta qoyulub: 08:38 15.06.2018 (128 dəfə oxunub)

Antuan Qrizmann gələcək karyerası ilə bağlı qərarını açıqlayıb.  


Fransız hücumçu “Atletiko”da qalmaq qərarına gəlib. Bununla bağlı Qrizmann Tvitterdəki səhifəsində yazıb:


“Mənim azarkeşlərim, mənim komandam, mənim evim. Mən layihə, transferlər barədə məlumat aldım. Bu, əladır. Rəhbərlik hər şeyi edəcək ki, komanda inkişaf etsin və Çempionlar Liqasını qazansın. 


Dünya çempionatına yollanmamışdan 1 gün öncə qalmaq qərarına gəldim. Təzyiq hiss edirəm və hər kəsə sübut etmək istəyirəm ki, səhv etməmişəm. Kluba və komanda yoldaşlarıma güvənirəm”. 

Qeyd edək ki, daha əvvəl Qrizmannın yeni mövsümdən “Atletiko”da çıxış edəcəyi deyilirdi. 

 

 

 

Qrizmann “Atletiko”da qaldı

 

 

 

qol.az

XƏBƏR LENTİ