"Neftçi"dən növbəti transfer - rəsmi

Sayta qoyulub: 08:35 15.06.2018 (189 dəfə oxunub)

"Neftçi" daha bir transferini həyata keçirib.


Xorvatiyalı futbolçu Slavko Braliçlə 1 il müddətinə müqavilə imzalanıb. 25 yaşlı mərkəz müdafiəçisi 28 nömrəli formanı geyinəcək.


Sonuncu klubu "Şiroki Briyeq” (Bosniya və Herseqovina) olan Slavko Braliç Xorvatiyanın "Omladinas Vranyiç”, "Solin” və "Osiyek” komandalarında çıxış edib.


Qeyd edək ki, "Neftçi” bundan əvvəl cinah müdafiəçisi Tural Axundov, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirmişdi.

 

 

"Neftçi"dən növbəti transfer - rəsmi

 

 

qol.az

XƏBƏR LENTİ