“Sadiqliyin nə olduğunu “Real”da öyrəndim” - Lopoteqi

Sayta qoyulub: 08:32 15.06.2018 (142 dəfə oxunub)

“Real” yeni baş məşqçisi Xulen Lopeteqini ictimaiyyətə təqdim edib.


Təqdimetmə mərasimində Lopeteqi xoşbəxt olduğunu bildirib:


“Dünən İspaniya millisindən uzaqlaşdırıldım. Anamın ölümündən sonra bu, həyatımdakı ən çətin gün idi. İndi isə çox xoşbəxtəm. 18 yaşımda bura gəldiyim gün yadımdadı. Qardaşımın müşayiəti ilə gəlmişdim və əsgər kimi geyinmişdim. 


Bəxtim gətirib ki, əvvəl “Kastilye”də, sonra isə “Real”da oynamışam. Burada sadiqliyin nə olduğunu öyrəndim”. 


Qeyd edək ki, 51 yaşlı mütəxəssis dünya çempionatının startından 2 gün öncə “Real”la müqavilə imzaladığı üçün İspaniya millisindən qovulub.

 

“Sadiqliyin nə olduğunu “Real”da öyrəndim” - Lopoteqi

 

 

 

qol.az

XƏBƏR LENTİ