J.Vilnöv: “Laudanı qoyasan boş-boş danışsın”

Sayta qoyulub: 08:31 15.06.2018 (77 dəfə oxunub)

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, Niki Lauda boş-boş danışır.

F-1.az bildirir ki, Niki Lauda 20 yaşlı dəlisov Ferstappeni idmanın ən böyük əfsanələrindən sayılan Jak Vilnövə bənzətmişdi. Lakin əfsanəvi sürücünün oğlu və 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bu fikirlə razı deyil: “Ferstappen də atam kimi risklər edir, amma aralarında böyük fərq var. Atam heç vaxt rəqiblərinə qarşı hörmətsizlik etməzdi və həmişə səhvlərindən dərs çıxarardı. Ferstappendə belə hallar görmürük. İkisi də fərqli sürücülərdir. Atamla Maksı müqayisə etmək mənasızdır. Ferstappen hər yarış səhv edir və bu problemi həll edə bilmir. Deyəsən, Lauda atamdan yanıqlı qalıb. Çünki atam Ferrari-də onu əvəzləmişdi. Yoxsa adam niyə belə şey danışsın?”

XƏBƏR LENTİ