DÇ-2018 başlayır: Rusiya-Səudiyyə Ərəbistanını darmadağın etdi (Online)

Sayta qoyulub: 14:23 14.06.2018 (362 dəfə oxunub)

Bu gün dördilliyin ən böyük futbol yarışı start götürəcək. Rusiyada təşkil olunacaq DÇ-2018 elə meydan sahiblərinin oyunu ilə başlayacaq. A qrupunda yarışacaq Şimal qonşularımız turnirə Səudiyyə Ərəbistanı ilə matçla start verəcəklər. Çerçesovun komandası asiyalılarla oyunu DÇ-yə uğurlu başlamaq üçün əla şans kimi qəbul edir. Meydan sahibi olduğu üçün seçmə mərhələdən azad olan ruslar bu müddətdə bir çox komandalarlar yoldaşlıq görüşləri keçirib. Rusiya millisinin hansı gücdə olmağı məhz bu oyundan sonra bəlli olacaq. Səudiyyə Ərəbistanı da mundiala yaxşı start vermək niyyətindədi. Bunun üçün ərəblər meydan sahiblərinin “siftə”sini korlamalı olacaqlar. Dünya çempionatının ilk matçı olduğundan bütün diqqətlərin üzərində olduğu qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Oyunda ədaləti  Nestor Pitananın başçılıq etdiyi argentinalı hakimlər briqadası qoruyacaq.

14 iyun

DÇ-2018, 1-ci tur, A qrupu

 

Rusiya – Səudiyyə Ərəbistanı - 5:0

Qollar: Yuri Qazinski, 12; Denis Çerışev, 43, 90+1, Artyom Dzyuba, 71; Aleksandr Qolovin, 90+4

Baş hakim: Nestor Pitana

Köməkçi hakimlər: Xuan Pablo Belyati, Ernan Maydana (hamısı Argentina)

Dördüncü hakim: Sandro Riççi (Braziliya)

Moskva, "Lujniki"

XƏBƏR LENTİ