“Zirə”dən ayrılan serbiyalı Bakı klubuna keçə bilər

Sayta qoyulub: 14:19 14.06.2018 (176 dəfə oxunub)

“Zirə”dən ayrılan serbiyalı Bakı klubuna keçə bilər
 

Mövsüm başa çatandan sonra “Zirə”dən ayrılan Milan Duriç karyerasını yenidən ölkəmizdə davam etdirə bilər. 30 yaşlı futbolçu paytaxtın iki klubuna təqdim olunub. Onun “Keşlə” və “Sabah” klublarından birinə keçəcəyi gözlənilir. Yarımmüdafiəçi məlumatı saytımıza açıqlamasında təsdiq edib. Serbiyalı futbolçu yaxın günlərdə yeni klubunun adına aydınlıq gələcəyini bildirib. Qeyd edək ki, Milan Duriç 2 mövsüm “Zirə”də çıxış edib.   

XƏBƏR LENTİ