"Neftçi" "Qəbələ"nin istədiyi futbolçu ilə maraqlanır

Sayta qoyulub: 13:48 14.06.2018 (287 dəfə oxunub)

"Neftçi" "Qəbələ"nin istədiyi futbolçu ilə maraqlanır
 

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Neftçi” klubunun transfer hədəflərindən birinin adına aydınlıq gəlib.  “Ağ-qaralar” Albaniyanın “Skenderbeu” klubunda forma geyinən Xames Adeniyi ilə maraqlanır. Paytaxt klubu digər Azərbaycan təmsilçisi “Qəbələ”nin maraq dairəsində olan nigeriyalı hücumçuya təklif göndərib.  Futbolçunun gələcəyi ilə bağlı yekun qərarı “Skenderbeu” verəcək. UEFA tərəfindən Avrokuboklardan uzaqlaşdırılan klub İdman Arbitraj Məhkəməsinin (CAS) qərarını gözləyir.  CAS “Skenderbeu”nun lehinə qərar versə, klub heç bir futbolçusunu transferə çıxarmayacaq. Qeyd edək ki,  “Qəbələ” “Skenderbeu” ilə qışa qədər müqaviləsi olan 25 yaşlı hücumçuya görə kluba 120 min dollar ödəməyə hazırdı.  

XƏBƏR LENTİ