"Keşlə" "Sumqayıt"dan ayrılmış futbolçunu transfer etdi

Sayta qoyulub: 12:33 14.06.2018 (148 dəfə oxunub)

 

 

"Keşlə" "Sumqayıt"dan ayrılmış futbolçunu transfer etdi
"Keşlə" növbəti transferini gerçəkləşdirib. Klubdan verilən məlumata görə, Bakı təmsilçisi mövsümün sonunda "Sumqayıt"dan ayrılan Amil Yunanovu heyətinə qatıb. Milli komandamızın da formasını geyinən hücumçu ilə 1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, A. Yunanov ötən mövsüm 10 qolla Topaz Premyer Liqada Baqali Dabodan (13 qol) sonra ən sərrast 2-ci futbolçu olub.

 

 

XƏBƏR LENTİ