Braziliya millisinin ilk oyun üçün ilk 11-liyi məlum oldu

Sayta qoyulub: 07:57 14.06.2018 (259 dəfə oxunub)

Braziliya millisinin baş məşqçisi Titenin İsveçrə ilə ilk oyunda meydana buraxacaq 11 nəfər məlum olub.

 

Dünən beşqat dünya çempionları Soçidə açıq məşqə çıxıblar. Jurnalistlərə yalnız ilk 15 dəqiqə izləməyə icazə verilib.

 

Bundan sonra Qabriel Jezusun dostlarından biri Instagram səhifəsində oynanılacaq əsas heyəti yerləşdirib: Аlisson – Danilo, Тiqao Silva, Мiranda, Маrselo – Каzemiro, Paulinyo, Коutinyo, Villian – Qabriel Jezus, Neymar.

 

 

XƏBƏR LENTİ