Pirelli Fransa Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Sayta qoyulub: 07:50 14.06.2018 (111 dəfə oxunub)

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Kanada Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xəbər vermişdi ki, italyanlar illər sonra Fransada baş tutacaq ilk yarış üçün Soft, SuperSoft və ÜltraSoft üçlüyünü gətirəcəklər. Pol Rikar trasında təkərlərin nə qədər aşınacağı və necə işləyəcəyi məlum deyil. Sürücülər ənənəvi olaraq, ən yumşaq tərkibə üstünlük veriblər. Top komandaların sürücülərindən ən riskli seçimi Fettel və Həmilton ediblər – onlar sadəcə bir dəst Soft təkər sifariş ediblər.

Sürücü Komanda Soft SuperSoft UltraSoft
Lyuis Həmilton Mercedes AMG 1 3 9
Valtteri Bottas Mercedes AMG 2 2 9
Sebastyen Fettel Ferrari 1 3 9
Kimi Rəykkönen Ferrari 2 2 9
Daniel Rikkardo Red Bull 3 3 7
Maks Ferstappen Red Bull 3 3 7
Serxio Peres Force İndia 3 2 8
Esteban Okon Force İndia 3 2 8
Ləns Stroll Williams 1 2 10
Sergey Sirotkin Williams 2 1 10
Karlos Sayns Renault 1 3 9
Niko Hülkenberq Renault 2 2 9
Pyer Qasli Toro Rosso 1 4 8
Brendon Hartli Toro Rosso 2 3 8
Roman Qrojan Haas 2 3 7
Kevin Maqnussen Haas 1 4 8
Fernando Alonso McLaren 3 2 8
Stoffel Vandorn McLaren 2 2 9
Markus Eriksson Sauber 2 2 9
Şarl Lekler Sauber 1 3 9

 

XƏBƏR LENTİ