D.Rikkardo: “Yeni mühərrik işimi çətinləşdirdi”

Sayta qoyulub: 08:25 13.06.2018 (162 dəfə oxunub)

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Renault-nun yeni mühərriyindən maksimumu ala bilməyib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Kanadada Renault-nun yenilənmiş mühərriyini götürsə də, startda yer itirməmək üçün köhnəlmiş MGU-K ilə yarışıb. Bu mövsüm iki qələbə qazanmış sürücü Kanada yarışının sonunda komanda yoldaşı Ferstappendən 12 saniyə geri qalıb.

Daniel Rikkardo: “Yenilikləri bu həftə alsaq da, bolidi həm sürmək çətin idi, həm də kalibrləmədə problem yaşadıq. Daha yaxşı ola bilərdi, çünki bolidi sürmək çətin olduğu üçün təkərlərə nəzarət edə bilmirdim. Məncə, yarış ərzində yaşadığımız qeyri-stabilliyin səbəbi budur. Lakin Maks bütün həftəsonu ərzində güclü idi. Bunu da demək lazımdır”.

XƏBƏR LENTİ