Fantasy oynamaq istəyənlərin nəzərinə

Sayta qoyulub: 11:22 11.06.2018 (863 dəfə oxunub)

Fantasy oynamaq istəyənlərin nəzərinə

 

3 gün sonra Rusiyada dünya çempionatına start verilir. Bu bayram münasibətilə saytımız sizə futbol biliklərinizi yoxlamaqda və pul qazanmaqda köməklik göstərməyi istəyir.

 

Biz FİFA-nın rəsmi saytında (FİFA.COM) fantasy bölməsində xüsusi liqa yaratmışıq. Bu liqada iştirak edib pul qazanmaq mümkündür. Bunun üçün FİFA-nın saytına daxil olub qeydiyyatdan keçmək , Mcdonald Fantasy bölməsinə girmək və komanda yaratmaq lazımdır. Sonra isə qeyd edilmiş kodla (MPIKJ6CR) liqanın üzvü olmalısınız.

 

İştirak haqqı 10 manatdır. Pulu kart transfer vasitəsilə köçürməlisiniz. Mükafat fondu iştirakçıların tam sayı formalaşdıqdan sonra müəyyən ediləcək.


Bu oyunu oynamaqla sizin üçün dünya çempionatı daha maraqlı olacaq. Hər kəsə uğurlar!

XƏBƏR LENTİ