Mançester Sitidən Yuventusa 100 milyon avroluq təklif

Sayta qoyulub: 08:31 11.06.2018 (386 dəfə oxunub)

Yuventusun futbolçusu Duqlas Kosta Mançester Sitinin maraq dairəsinə düşüb.

 

Son İngiltərə çempionu 27 yaşlı futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır.

 

Sitinin baş məşqçisi Pep Quardiola Bavaryida çalışdığı müddətdən Kostanı yaxşı tanıyır.

 

Xatırladaq ki, Yuventus ötən həftə Braziliya millisinin üzvünün transfer hüququna sahib çıxıb. Buna görə turinlilər Bavariyaya 40 milyon avro ödəyiblər.

 

Mançester Sitidən gələn puldan Yuventus Milinkoviç-Saviç və Kyezanın transferində istifadə edə bilər.

 

Xatırladaq ki, bir qədər əvvəl mançester Sitinin Marez üçün 75 milyon avro ödəmək istədiyi qeyd edilirdi.

XƏBƏR LENTİ