Yuventus Valensiyanın müdafiəçisinin transferini həll etmək üzrədir

Sayta qoyulub: 10:16 08.06.2018 (458 dəfə oxunub)

Yuventus Valensiyanın futbolçusu Joao Kanselunu heyətinə qatmağa hazırdır.

 

Klublar 24 yaşlı futbolçunun transferində 38-39 milyon avro dəyərində razılığa gəlməyə yaxındır.

 

Vulverhemptonun da iddia etdiyi futbolçunun özü ilə Yuventus artıq şəxsi müqaviləni razılaşdırıb.

 

Son mövsümü müdafiəçi icarə əsasında İnterdə keçirmişdi. Lakin Milan təmsilçisi onu Valensiyadan almağa nail ola bilməmişdi.

 

İspaniya klubunu Yuventusun təklifi razı salıb. Belə ki, onu satmaqla klub UEFA-nın maliyyə nizamnaməsinə uyğunlaşa biləcək.

XƏBƏR LENTİ