Ronaldo Realla bağlı yekun qərarını verdi

Sayta qoyulub: 13:00 07.06.2018 (492 dəfə oxunub)

Kriştiano Ronaldo Real Madrid klubu ilə bağlı qərarını verib. Portuqaliyanın Record nəşrinin məlumatına görə futbolçu ispan klubunu tərk etmək qərarına gəlib. Futbolçunun Florentino Pereslə münasibətləri yaxşı deyil.Forvardın fikrincə klub onun əməyini lazımınca qiymətləndirmir.

 

Bundan başqa maliyyə məsələləri də futbolçunu qane etmir. Ronaldo Messinin və Neymarın ondan daha çox məvacib almasından narazıdır. Bundan başqa rəhbərliyin Neymarla maraqlanması da Kriştianonun xoşuna gəlmir.

 

Qeyd edək ki, portuqaliyalıyla MY və PSG maraqlanır. Ötən mövsüm o, 44 oyunda 44 qol vurub və 8 məhsuldar ötürmə edib.

XƏBƏR LENTİ