Məmmədyarov Karlsonla heç-heçə etdi

Sayta qoyulub: 08:20 07.06.2018 (209 dəfə oxunub)

Norveçin Stavanqer şəhərində “Altibox Norway Chess” superturniri davam edir. VIII oyun günündə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə üz-üzə gəlib. Həmyerlimiz norveçli dünya çempionuna qarşı qara fiqurlarla oynayıb və görüşdə 0,5 xalla ayrılıb. Bu, Məmmədyarovun “Altibox Norway Chess”də son matçı olub. Çünki Dinq Liren (Çin) yarışda mübarizəni dayandırdığından şahmatçımız sonuncu – IX turda istirahət edəcək. Onun tutacağı yer də bu gün baş tutacaq görüşlərdən sonra bilinəcək.

XƏBƏR LENTİ