Güləş federasiyasının keçmiş baş katibinə vəzifə verildi

Sayta qoyulub: 12:33 05.06.2018 (216 dəfə oxunub)

Güləş federasiyasının keçmiş baş katibinə vəzifə verildi

Azərbaycan Güləş Federasiyasının sabiq baş katibi  Əjdər Cəfərova yeni vəzifə verilib. O, 2 saylı Olimpiya Ehtiyat Təhsil İdman məktəbinə direktor təyin olunub.

Məlumatı saytımıza Təhsil Respublika İdman Mərkəzinin direktor müavini Çingiz Səmədov da təsdiqləyib.

Əjdər Cəfərov uzun illər Azərbaycan Güləş Federasiyasının baş katibi olub. O, 2016-cı il fevralın 4-də federasiya prezidenti Fazil Məmmədovun əmri ilə işdən azad olunub.  

 

Qeyd edək ki, Əjdər Cəfərovun güləşçilərin şikayətinə və maddi yeyintilərə görə federasiyadan qovulduğu iddia olunurdu.

Qafqazinfo.az

XƏBƏR LENTİ