Məmmədyarovdan növbəti heç-heçə

Sayta qoyulub: 08:18 04.06.2018 (206 dəfə oxunub)

Norveçin Stavanqer şəhərində “Altibox Norway Chess” superturniri davam edir. Apasport.az saytının məlumatına görə, VI oyun günündə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Vişvanatan Anandla üz-üzə gəlib. Təmsilçimiz hindistanlı rəqibinə qarşı qara fiqurlarla oynayıb və yenə heç-heçə ilə kifayətlənib. Məmmədyarov VII turda Uesli So ilə qarşılaşacaq. 

Turnir cədvəli: Karlsen – 3,5 xal; Aronyan, So – 3, Karyakin, Karuana, Məmmədyarov, Anand, Nakamura,  – 2,5; Vaşye-Laqrav – 2.

Qeyd edək ki, Dinq Liren (Çin) velosipeddən yıxılıb, zədələndiyindən yarışla vidalaşıb. Bu səbəbdən də Sergey Karyakin (Rusiya) VI turda istirahət edib.

XƏBƏR LENTİ