Millimiz Qazaxıstana getdi

Sayta qoyulub: 11:55 03.06.2018 (196 dəfə oxunub)

 

Millimiz Qazaxıstana getdi
İyunun 5-də Astanada Qasaxıstan millisi ilə yoldaşlıq oyunu keçirəcək yığmamız ölkəni tərk edib. Qurban Qurbanovun başçılıq etdiyi komanda bu gün saat 12:00-da çarter reysi ilə Qazaxıstana yola düşüb. Bu matçdan bir gün əvvəl qazaxıstanlı həmyaşıdları ilə üz-üzə gələcək 21 yaşadək futbolçulardan ibarət yığmamız da əsas milli ilə eyni təyyarədə səfərə yollanıb.
 

Qeyd edək ki, Qazaxıstan və Azərbaycanın U-21 yığmaları arasındakı oyun Bakı vaxtı ilə saat 13:00-da, A millilərinin görüşü isə 18:00-da başlayacaq.

 

XƏBƏR LENTİ