Löv Realla bağlı şayiələrə münasibət bildirdi

Sayta qoyulub: 13:54 01.06.2018 (610 dəfə oxunub)

Almaniya millisinin baş məşqçisi Yoaxim Löv Madrid Realını çalışıdırmayacağını bildirib.Xatırladaq ki, dünən Zidan Realdan ayrılmışdı.

 

- Mən bunu qəti olaraq istisan edirəm, - deyə Marcaya müsahibəsində Löv qeyd edib. - İnanıram ki, Real güclü mütəxəssis tapacaq. Dünya çempionatından əvvəl bu barədə düşünmək belə yersizdir.

 

Xatırladaq ki, baş məşqçi postuna Poçettino, Sarri və Quti də namizəddirlər.

 

 

XƏBƏR LENTİ