Zidanla bağlı sensasiyalı iddia - ilinə 50 milyon avro

Sayta qoyulub: 13:49 01.06.2018 (417 dəfə oxunub)

“Real”dan ayrılan Zinəddin Zidan Qətər milli komandasının baş məşqçisi ola bilər.


Misirli oliqarx Naqib Saviris özünün Tvitter səhifəsində yazıb ki, fransalı mütəxəssis Qətər Futbol Federasiyasından əla təklif alıb.


“Zidan DÇ-2022 üçün Qətər millisinin baş məşqçisi olacaq. Buna görə 4 ildə ona hər il 50 milyon avro pul ödəniləcək. Pul hər şeyi həll edir?” – deyə o yazıb.

 

 

Zidanla bağlı sensasiyalı iddia - ilinə 50 milyon avro

 

 

 

qol.az

XƏBƏR LENTİ