Arsenal PSG-nin futbolçusunu transfer edir

Sayta qoyulub: 10:21 31.05.2018 (430 dəfə oxunub)

PSG-nin hücumameylli futbolçusu Yasin Adlı böyük ehtimalla karyerasını Arsenalda davam etdirəcək.

 

Fransa millisinin 17 yaşlılardan ibarət komandasında çıxış edən futbolçunu Emeri heyətdə görmək istəyir.

 

PSG futbolçunun məvacibini bir neçə dəfə artırmaqla onu heyətində saxlamaq istəyirdi. Yasinlə Bavariya və Real da maraqlanırdı. Lakin Arsenal futbolçu ilə danışıqlardan sonra ona əsas heyətdə müəyyən vaxt təminatını verib.

 

Bu mövsüm Yasin PSG-nin heyətində cəmi 8 dəqiqə meydanda olub.

 

Arsenal PSG-nin futbolçusunu transfer edir

XƏBƏR LENTİ