Dmitri Nazarov Azərbaycan klubunda

Sayta qoyulub: 12:47 30.05.2018 (527 dəfə oxunub)

 

Dmitri Nazarov Azərbaycan klubunda

Ölkə çempionu “Qarabağ” Filip Ozobiçdən sonra daha bir ölkə futboluna yad olmayan simayla anlaşmaq üzrədi. Ağdam təmsilçisi millimizin yarımmüdafiəçisi Dmitri Nazarovla danışıqlar aparır. Tərəflər artıq maddi məsələlərdə razılıq əldə ediblər. Müqavilənin digər detalları da böyük ölçüdə həllini tapıb. 2016-cı ildən Almaniya “Aue”sinin şərəfini qoruyan və 2021-ci ilədək müqavilə ilə bu kluba məxsus olan Nazarovun azad agent statusu ilə “Qarabağ”ın ilk təlim-məşq toplanışından heyətə qoşulacağı gözlənilir.

XƏBƏR LENTİ