Realın transfer siyahısı məlum oldu

Sayta qoyulub: 12:10 29.05.2018 (655 dəfə oxunub)

Real rəhbərliyi və məşqçilər korpusu komandanın yayda güclənməyə ehtiyacı olan mövqeləri dəqiqləşdirib.

 

Bu qapıçı, sağ cinah müdafiəçisi, mərkəz müdafiəçisi hücumçudur.

 

Əgər Neymarla razılıq əldə olunmasa və Qaret Beyl komandanı tərk edərsə əsas transfer hədəfi bu 3 futbolçudan biri olacaq: Məhəmməd Salah, Eden Azar və Paolo Dibala. Bundan başqa klu Marioano Disasın Liondan qaytarılması üzərində də düşünür.

 

Qapıçı mövqeyi üçün əsas prioritet Alison, sağ cinah müdafiəçisi yerinə isə Alvaro Odriosoladır.

 

Mərkəz müdafiəçisi yerinə Atletikodan Xose Ximenes nəzərdən keçirilir.

 

Odriosolanın satış qiyməti 40, Ximenesin isə 60 milyon avrodur.

 

Realın transfer siyahısı məlum oldu

XƏBƏR LENTİ