S.Fettel: “Qələbə mümkün deyildi”

Sayta qoyulub: 07:32 29.05.2018 (231 dəfə oxunub)

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Rikkardo bütün yarışa nəzarət edərək qalib gəlib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Monako yarışını başladığı kimi 2-ci yerdə bitirib. Fettel güc qurğusu problemi yaşayan Rikkardoya yaxınlaşsa da, ötmə edə bilməyib.

Sebastyan Fettel: “Tempimiz yaxşı idi. Amma çətin yarış idi. Daniel bizim tempimizə cavab verə bilirdi. Əvvəlcə onu izləyə bilsəm də, Həmilton pitə girərək mənə yaxınlaşmağa başladı və onu izləyə bilmədim. Təkərlər də tez yeyilirdi. Pit-stopdan sonra da eyni hal davam etdi və hücum üçün şansım olmadı. Bu nəticəni qəbul etməliyik. Daha sonra isə şansım olmadı. Virtual təhlükəsizlik maşınından sonra təkərlər təmiz yeyildi və son həddə sürmək istəmədim”.

XƏBƏR LENTİ