Azərbaycan UEFA reytinqində mövsümü 23-cü yerdə başa vurdu

Sayta qoyulub: 13:04 27.05.2018 (188 dəfə oxunub)

Azərbaycan UEFA reytinqində mövsümü 23-cü yerdə başa vurdu

Avrokubokların 2017/18 mövsümünə yekun vurulub. Dünən "Real"la "Liverpul" arasında keçirilmiş Çempionlar Liqasının final matçından sonra UEFA reytinqinin yekun siyahısı bəlli olub.

Finalda 3:1 hesabı ilə qalib gələn “kral klubu” İspaniyanın xal hesabını bir az da artırıb (106,998). Pireney ölkəsi son 5 mövsümün əmsallarına əsasən, siyahının birinci pilləsində qərarlaşıb. Cədvəldə İngiltərə (79,605) 2-ci, İtaliya (76,249) isə 3-cü sırada yer alıb. İlk beşlikdə qərarlaşmış digər ölkələr isə Almaniya (71,427) və Fransadı (56,415).

Azərbaycan avrokubok mövsümünü 23-cü yerdə başa vurub. Təmsilçilərimiz son 5 avrokubok mövsümündə 19,125 xal toplayıb.

XƏBƏR LENTİ