Salah DÇ-də iştirak edəcək

Sayta qoyulub: 11:28 27.05.2018 (319 dəfə oxunub)

Realla oyunda çiynindən zədələnən Məhəmməd Salah böyük ehtimalla dünya çempionatında iştirak edə biləcək.

 

Oyunun gedişatı zamanı Salahın zədəsinin ciddi olduğu və mundialı buraxacağı söylənilirdi. Lakin Misir Futbol Federeasiyası tezliklə proqnozların optimist olduğunu bəyan etdi.

 

Ölkənin İdman naziri Xalid Əbdül Əziz şəxsi feysbuk səhifəsində Salahın müalicəsinin 2 həftə çəkəcəyini bildirib.

 

Hazırda futbolçuya bir neçə günlüyə istirahət verilib. Bundan sonra o , millinin düşərgəsinə qatılacaq.

XƏBƏR LENTİ