Monako-2018: Yarışa hava proqnozu

Sayta qoyulub: 11:23 27.05.2018 (232 dəfə oxunub)

Sürücülər cümə axşamı və şənbə günlərində quru havada işləyiblər. Monakoda bu gün də yağıntı gözlənilmir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, sürücülər qızdırma dövrəsinə yerli vaxtla saat 15:10-da yollanmalıdırlar, bu zaman səma açıq, havanın temperaturu +22 dərəcə olacaq. Mülayim şərq küləyi əsəcək. Yarış zamanı yağıntı ehtimalı 10%-dir.

XƏBƏR LENTİ