Ronaldo Realdan gedəcəyini bildirdi

Sayta qoyulub: 11:21 27.05.2018 (641 dəfə oxunub)

Kriştiano Ronaldo Liverpul üzərində qələbədən sonra (3:1) "ona Madriddə yaxşı idi" sözlərinə izahat verib.

 

«Nəsə söyləmək üçün ideal moment deyildi. Biz qeyri-adi bir işin öhdəsindən gəldik. Unikal bir an idi.

 

Gələək haqqında danışdım. Amma bu barədə heç nə deməməliydim.Lakin nəsə baş verəcək. Mən dürüst olmalıyam.

 

Həftə ərzində bu barədə məlumat verəcəyəm. Azarkeşlər hər zaman məni dəstəkləyiblər. Onlar mənim ürəyimdə qalacaq.

 

Mən çox danışan deyiləm. Amma əgər deyirəmsə , deməli deyirəm…  Deməyə sözüm çoxdur. Lakin bunu söyləmək üçün ideal vaxt deyil.

 

Lakin söylədiklərimə görə peşman deyiləm. Çünki insan dürüstdürsə… Düz demirəm? Dözürsən , dözürsən, sonra da özünüidarəni itirirsən.

 

Pul vacib deyil. Mən 5 dəfə çempionlar liqasını, 5 dəfə də  «Qızıl top»u qazanmışam… Mən artıq tarixə düşmüşəm. Təssüflənmirəm. Çünki, kluba nə bəxş etdiklərimin fərqindəyəm.

 

Bu unikal anın dadını çıxartmaq lazımdır. Komanda yoldaşlarımla birgə çempion olmuşuq.

 

Ronaldo Realdan gedəcəyini bildirdi

 

Realda daha bir il qalacağıma zəmanət verə bilmərəm. Gizlətmək istəmirəm yaxın günlərdə hər şeyi açıqlayacağam… Həyat təkcə şöhrətdən ibnarət deyil.

 

Peresə gəlincə isə biz söhbətləşdik və mən əsl peşəkar kimi onu təbrik etdim», – deyə portuqaliyalı futbolçu qeyd edib.

 

 

XƏBƏR LENTİ