Azərbaycan Kuboku: Finalın hakimləri bəlli oldu

Sayta qoyulub: 18:18 26.05.2018 (172 dəfə oxunub)

Azərbaycan Kuboku: Finalın hakimləri bəlli oldu

“Keşlə” və “Qəbələ” klubları arasında keçiriləcək Azərbaycan Kubokunun final oyununun hakim təyinatları müəyyənləşib.

Həlledici matçı Rauf Cabbarov idarə edəcək. Ona yan xətdə Nahid Əliyev və Knyaz Əmiraslanov kömək edəcək. Dördüncü hakim isə FİFA referisi Əliyar Ağayev olacaq. Qeyd edək ki, mayın 28-də Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

XƏBƏR LENTİ