"Özümüzü favorit hesab etmirik" - Zidan

Sayta qoyulub: 08:44 26.05.2018 (229 dəfə oxunub)

"Çempionlar Liqasının finalına çıxmaq çətindir. Həlledici matçda yenidən oynayacağımız üçün şadam. Klubun tarixinə baxdıqda bizim etdiklərimiz məni sevindirir. Mən buna görə yaşayıram. Təbiətcə döyüşçü ruha sahibəm, yarışmağı sevirəm. Çox çalışdığımız üçün bu yerdəyik".


Bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının finalında "Liverpul"la oyun öncəsi deyib.


O, komandanın hücumçusu Kriştiano Ronaldonun son durumu haqda da danışıb: "Ronaldo yaxşıdır.  O, 150 faiz hazır olmasa da, 140 faiz belə çox yaxşıdır. Mövsümün son oyununa çıxırıq. Ronaldo bu cür təkbətək matçlarda oynamaq üçün yaşayır".


Z.Zidan finalın favoriti olmadıqlarını vurğulayıb: "İnsanlar kimin favorit olması barədə çox düşünür. Amma onu deyə bilərəm ki, oyunun favoriti yoxdur. Komandaların şansları bərabərdir. Biz öz oyunumuzu göstərməliyik və qalib gəlməyə çalışmalıyıq. Özümüzü favorit hesab etmirik".

 

 

"Özümüzü favorit hesab etmirik" - Zidan

 

 

 

qol.az

XƏBƏR LENTİ