Pirelli Macarıstan Qran Prisi üçün təkər seçimini elan edib

Sayta qoyulub: 08:43 26.05.2018 (144 dəfə oxunub)

İtalyan təkər təchizatçısı Macarıstandakı yarışa gətirəcəyi tərkibləri açıqlayıb. Bu dəfəki seçim də Çin və Almaniya Qran Prilərindəki ilə eyni olub.

F-1.az xatırladır ki, reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Hər bir Qran Priyə sürücülərə 13 dəst quru hava təkərləri veriləcək – hər tərkibdən bir dəst seçmək məcburidir, digər dəstlərin say seçimində sürücülər azaddırlar. Yarış üçün məcburi elan olunan tərkibdən istifadə etməyən sürücü əvvəlki qaydada cərimə olunur.

Sıralanma turunun son sessiyasına keçən sürücülər əvvəlki sessiyada ən yaxşı nəticəni göstərdikləri təkərlərlə start almalıdırlar və son sessiyada istifadə etdikləri ən yumşaq tərkibi Pirelli-yə qaytarmalıdırlar.

Hunqarorinqə Medium, Soft və UltraSoft tərkiblər gətiriləcək. Yəni, mövsümün ən çox istifadə edilən tərkiblərindən SuperSoft-u Britaniya və Almaniyadan sonra ardıcıl üçüncü yarışda da görməyəcəyik.

İlk iki tərkib məcburi elan edilib, yəni yarışın gedişində bu tərkiblərdən hər hansı birindən mütləq istifadə olunmalıdır.

 

Mərhələ / Tərkiblər SuperHard Hard Medium Soft SuperSoft UltraSoft HyperSoft
Markalanma rəngi Narıncı Mavi Sarı Qırmızı Bənövşəyi Çəhrayı
Avstraliya Qran Prisi       Soft SuperSoft UltraSoft  
Bəhreyn Qran Prisi     Medium Soft SuperSoft    
Çin Qran Prisi     Medium Soft   UltraSoft  
Azərbaycan Qran Prisi       Soft SuperSoft UltraSoft  
İspaniya Qran Prisi     Medium Soft  SuperSoft    
Monako Qran Prisi          SuperSoft UltraSoft HyperSoft
Kanada Qran Prisi         SuperSoft UltraSoft HyperSoft
Fransa Qran Prisi       Soft SuperSoft UltraSoft  
Avstriya Qran Prisi       Soft SuperSoft Ultrasoft  
Britaniya Qran Prisi   Hard Medium Soft      
Almaniya Qran Prisi     Medium Soft   UltraSoft  
Macarıstan Qran Prisi     Medium Soft   UltraSoft

 

XƏBƏR LENTİ