Cavid Tağıyev də "Sumqayıt"da qaldı

Sayta qoyulub: 16:42 25.05.2018 (189 dəfə oxunub)

Cavid Tağıyev də "Sumqayıt"da qaldı

“Sumqayıt” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. Klubun saytının verdiyi məlumata görə, yarımmüdafiəçi Cavid Tağıyev gələn mövsüm də "gənclik şəhəri" təmsilçisinin uğurları üçün çalışacaq.
 
 
Qeyd edək ki, Tağıyev ötən mövsümdə 17 qarşılaşmada 1026 dəqiqə meydanda olub. "Sumqayıt" daha öncə kapitan Vurğun Hüseynovla müqaviləni 2 il müddətinə uzadıb.

XƏBƏR LENTİ