Daha bir futbolçu "Kəpəz"i tərk etdi

Sayta qoyulub: 16:41 25.05.2018 (259 dəfə oxunub)

Daha bir futbolçu "Kəpəz"i tərk etdi

Premyer Liqanı sonuncu pillədə bitirən "Kəpəz" müdafiəçisi ilə yolları ayırıb. Dedimar Fereyra komandanı tərk edib. Müqaviləsi başa çatan braziliyalı müdafiəçi komandadan gedib. 26 yaşlı futbolçu artıq ölkəsinə yollanıb. Qeyd edək ki, Dedimar Fereyra "Kəpəz"ə 2017-ci ildə Braziliyanın "Rio Neqro" klubundan transfer olmuşdu

XƏBƏR LENTİ