"Qarabağ"ın hazırlıq planı məlum oldu

Sayta qoyulub: 16:37 25.05.2018 (238 dəfə oxunub)

Topaz Premyer Liqasının son qalibi “Qarabağ” Çempionlar Liqasına hazırlıq məqsədi ilə Avstriyaya gedəcək. Bu haqda klubun baş meneceri Asif Əsgərov məlumat verib. Avstriyadakı hazırlıq prosesi zamanı Ağdam təmsilçisi 4 yoxlama oyunu keçirməyi nəzərdə tutur. Hazırda bununla bağlı danışıqlar gedir.

 

A.Əsgərov bildirib ki, kollektiv iyunun 12-də Bakıda bir araya gələcək. Burada bir həftəlik hazırlıqdan sonra – iyunun 20-də “Qarabağ” Avstriyaya gedəcək. Təlim-məşq toplanışı Tirol şəhəri yaxınlığındakı Kössen qəsəbəsində olacaq.

“Qarabağ”ın orada hansı müddətə qalacağı Çempionlar Liqasının iyunun 19-da atılacaq püşkünün nəticəsindən asılı olacaq. Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq Ağdam klubu ilk oyunu evdə keçirəcəyi halda, iyulun 5-də Bakıya dönəcək. İlk görüş səfərdə olsa, komanda Avstriyadan birbaşa qarşılaşacağı rəqibin ölkəsinə üz tutacaq.

XƏBƏR LENTİ