McLaren yeni tərəfdaş tapıb

Sayta qoyulub: 13:05 25.05.2018 (220 dəfə oxunub)

McLaren komandası bu gün verdiyi açıqlamada FxPro şirkəti ilə uzunmüddətli müqavilə bağladığını deyib.

F-1.az bildirir ki, Formula1-in ən titullu komandalarından biri olan McLaren yeni sponsorlar axtarışındadır. FxPro şirkətinin loqotipləri MCL33-ün halosunda və ön tərəfində olacaqlar.

Zek Braun: “FxPro-nu McLaren komandasının rəsmi ortağı kimi təqdim etməkdən məmnuniyyət duyuruq. Həm FxPro, həm də McLaren öz sahələrinin inkişaf simvollarıdır. Onlar 50-dən çox beynəlxalq mükafat qazanaraq istedadlarını isbatlayıblar”.

XƏBƏR LENTİ