İbrahim Şehiç İtaliya A seriyasında!

Sayta qoyulub: 08:31 25.05.2018 (487 dəfə oxunub)

"Qarabağ"dan ayrılan İbrahim Şehiçin yeni komandasının adına aydınlıq gəlib. Bosniya və Herseqovina milli komandasının üzvü karyerasını İtaliya A Seriyasında davam etdirəcək. 

 

O, uzun müddət sonra yüksək liqaya vəsiqə qazanan "Parma" klubu ilə anlaşıb.  29 yaşlı təcrübəli əlcək sahibi yaxın günlərdə İtaliyanın ən köklü klubu ilə münasibətlərini rəsmiləşdircək. İbrahim yeni klubu ilə 3 illik sözləşmə imzalayacaq.

 

Qeyd edək ki, Şehiç 2013-cü ildən "Qarabağ"da çıxış edirdi. O, Ağdam klubuna Türkiyənin "Mersin" klubundan transfer olunub.

 

 

 

 

 

 

İbrahim Şehiç İtaliya A seriyasında!

 

(futbol11.az)

XƏBƏR LENTİ