Toro Rosso yaponiyalı sürücü gətirəcək?

Sayta qoyulub: 07:30 25.05.2018 (172 dəfə oxunub)

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, yaponiyalı bir sürücü ilə yarışmaq istəyirlər.

F-1.az bildirir ki, Formula2-də Honda-nın sürücü proqramından 2 sürücü var – Nirei Fukuzumi və Tadasuke Makino. Fukuzumi GP3-dən 15 super lisenziya xalı ilə Formula2-yə gəlib və bu mövsüm dördlüyə düşsə, Formula1-ə yüksəlmək üçün lazımi xalları toplamış olacaq.

Xatırladaq ki, Formula1-də yarışan son yaponiyalı sürücü Kamui Kobayaşi olub və 2014-cü ildə son mövsümünü keçirib.

Frants Tost: “Honda ilə müqaviləmiz olduğu üçün yaponiyalı sürücü ilə yarışmaq istəyirik. Hər şey Fukuzumidən asılıdır. Daha sonra görək necə olacaq”.

XƏBƏR LENTİ