2019/2020 mövsümü üçün ÇL və Avropa liqasının final oyunlarını qəbul edəcək şəhərlər elan edildi

Sayta qoyulub: 15:26 24.05.2018 (315 dəfə oxunub)

2019-2020 mövsümündə Çempionlar Liqası və Avropa liqasının finalının keçiriləcəyi şəhər müəyyənləşib.


Qitənin 1 nömrəli klub turnirinin həlledici oyunu İstanbulda olacaq. Buna UEFA İcraiyyə Komitəsinin Kiyevdə keçirilən iclasında qərar verilib. Görüş Atatürk Olimpiya Stadionunda oynanılacaq.


2020-ci ildə ÇL-in finalını qəbul etməyə digər namizəd şəhər isə Lissabon idi. Atatürk Olimpiya Stadionu ilə "Estadio da Luz" (Lissabon) arasında seçim aparan qitə futbol qurumu səs çoxluğu ilə İstanbulu qalib elan edib. Həmin il Avropa Liqasının finalı isə Polşanın Qdansk şəhərində oynanılacaq.


Qeyd edək ki, Çempionlar Liqasının finalı sonuncu dəfə 2005-ci ildə İstanbulda keçirilmişdi. Əsas və əlavə vaxtı 3:3 başa çatan qarşılşamanın penaltilər seriyasında “Milan”ı məğlub edən “Liverpul” kubokun sahibi olmuşdu.

 

Avropa liqasının finalı isə Polşaya həvalə edilib. Həlledici qarşılaşma Qdanskda keçiriləcək.

 

Əlavə edək ki, həmin il Avropa superkubokunun sahibi Portunun "Draqao" stadionunda keçiriləcək qarşılaşmada məlum olacaq.

XƏBƏR LENTİ