"Barselona" Busketslə müqavilə yeniləyir

Sayta qoyulub: 14:19 24.05.2018 (207 dəfə oxunub)

"Barselona" Serxio Busketsin müqaviləsini yeniləməyə hazırlaşır.


Artıq təcrübəli yarımmüdafiəçi ilə danışıqlara start verilib. Dünən futbolçu ilə görüşən klub prezidenti Jozep Bartomeu yeni anlaşmanın detallarını müzakirə edib. Rəhbərlik Busketsin maaşını artırmaqla, onun müqaviləsini 2023-cü ilin yayına qədər uzatmaq istəyir.


Qeyd edək ki, İspaniya millisinin üzvünün kataloniyalılarla hazırkı sözləşməsi 2021-ci ilə qədərdir. Busketsin təzminat qiyməti isə 200 milyon avrodur.

 

"Barselona" Busketslə müqavilə yeniləyir

 

 

 

qol.az

XƏBƏR LENTİ