Atletikodan ilk rəsmi transfer

Sayta qoyulub: 14:11 24.05.2018 (426 dəfə oxunub)

Vilyarealın yarımmüdafiəçisi Rodri Hernandes karyerasını Atletikoda davam etdirəcək.

 

Madrid təmsilçisi 21 yaşlı futbolçunun keçidini rəsmən təsdiq edib. Onunla 5 illik müqavilə imzalanıb.

 

Transferin dəyərinin 20 milyon avro olduğu söylənilir.

 

Gənc olmasına baxmayaraq Rodri 2 ildir ki, əsas heyətin üzvüdür. Bu mövsüm o , Vilyarealda ən çox oyun keçirən futbolçu olub.

XƏBƏR LENTİ