"Qarabağ"dan kütləvi gediş: 9 futbolçu komanda ilə vidalaşdı

Sayta qoyulub: 13:36 24.05.2018 (313 dəfə oxunub)

"Qarabağ"dan kütləvi gediş: 9 futbolçu komanda ilə vidalaşdı
 

Ardıcıl 5-ci dəfə Premyer Liqada qalib olaraq Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Qarabağ"da növbəti ayrılıq baş tutub. Ağdam klubu müdafiəçisi Elvin Yunuszadə ilə yolları ayırıb. 25 yaşlı futbolçunun başa çatan müqaviləsi yenilənməyib. Qeyd edək ki, Yunuszadə 2015-cı ildə "Neftçi"dən Ağdam klubuna keçmişdi. Əlavə edək ki, "Qarabağ" Pedro Enrike, Riçard Almeyda, Arif Daşdəmirov, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov və İbrahim Şehiç "atılılar"dan ayrılıb. Donald Geryenin isə gələcəyi sual altındadır.

XƏBƏR LENTİ