S.Fettel: “Həmiltonla komanda yoldaşı ola bilərəm”

Sayta qoyulub: 13:25 24.05.2018 (207 dəfə oxunub)

Ferrari komandasının sürücüsü Sebastyan Fettel mətbuat konfransında bildirib ki, Həmiltonla komanda yoldaşı ola bilər.

F-1.az xatırladır ki, Kimi Rəykkönenin “qırmızılar”la müqaviləsi ilin sonunda bitir. Onun əvəzinə isə Rikkardo, Həmilton, Lekler və Bottas kimi sürücülər namizəddirlər.

Sebastyan Fettel: “Bilmirəm. Yanımda kimin olacağına mən qərar vermirəm. Bu barədə Mauritsiodan soruşmalısınız. Amma Lekler əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi. Çox zəif bolidlə xallar aldı. Əlindən gələn hər şeyi etdi. Həmiltonun gəlməsi də heç nəyi dəyişməz. Sözün açığı, Kimi ilə münasibətim yaxşıdır. Şarlla da yeni danışmışıq. Heç nə deyə bilmərik. Əminəm ki, Lyuis üçün də əsas Mercedes-dir. Ondan başqa hər şey sürpriz olacaq. Gözləyib görəcəyik. Bəlkə, ikimiz də qocalanda eyni komandada olarıq. Hazırkı vəziyyətimdən razıyam və hamı hədəfimi bilir”.

XƏBƏR LENTİ