Kamran Ağayev "Keşlə"ni tərk edir

Sayta qoyulub: 13:05 24.05.2018 (259 dəfə oxunub)

Kamran Ağayev "Keşlə"ni tərk edir

 

Qış fasiləsində Çexiyanın "Mlada" klubundan ayrılaraq Topaz Premyer Liqasında çıxış edən "Keşlə" ilə müqavilə imzalayan Kamran Ağayevin mövsümün sonunda sazişi başa çatacaq. Ağayev karyerasını "Keşlə"də davam etdirməyə bilər. Millimizin üzvü digər təklifləri götür-qoy edəcək. Kamranın Avropaya yollanacağı isə gözlənilmir.

Qeyd edək ki, 32 yaşlı qapıçı ölkə xaricində "Kayserispor", "Karşıyaka", "Boavişta" və "Mlada" klublarında çıxış edib. Ağayev bu mövsüm "Keşlə"də 10 oyun keçirib.

XƏBƏR LENTİ