L.Həmilton: “İki güclü sürücü eyni komandada olmaz”

Sayta qoyulub: 13:01 24.05.2018 (154 dəfə oxunub)

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yüksək səviyyəli iki sürücünün eyni komandada olması yaxşı hal deyil.

F-1.az xatırladır ki, britanitalı sürücünün komandası Mercedes-lə müqaviləsi ilin sonunda bitir. Dördqat Dünya Çempionunun Ferrari-yə keçməsi və Sebastyan Fettellə komanda yoldaşı olması ehtimalı var.

Lyuis Həmilton: “Rəqabətədavamlı bolid ilə Fettelə qarşı yarışıram. Bu, çox həyəcanvericidir. Hər sürücü ən güclü rəqiblərlə yarışmaq istəyir. Amma keçmişdə gördük ki, iki güclü pilot eyni komandada olanda problemlər yaranır. Lakin Fettel və Kimi bir yerdə yaxşıdırlar. Ancaq Kimi xoşbəxt deyil. Çünki əksər ssenarilər onun lehinə olmur. Bu, həmişə çətindir”.

XƏBƏR LENTİ