Azərbaycan kuboku: Finalın biletləri satışda!

Sayta qoyulub: 11:36 24.05.2018 (201 dəfə oxunub)

Azərbaycan kubokunun finalı görüşünün biletləri satışa çıxarılıb. "Keşlə" və "Qəbələ" arasında baş tutacaq həlledici görüş üçün biletlər 26 maydan etibarən Qəbələ şəhər stadionunun kassalarında və Qəbələnin müxtəlif nöqtələrində satılacaq. Biletləri Bakıda əldə etmək istəyənlər 24 və 25 may tarixlərində Peşəkar Futbol Liqasına müraciət edə bilərlər. Biletlərin qiyməti 2, 3, 5 və 30 manatdı. Qeyd edək ki, final oyunu mayın 28-i, saat 20:00-da baş tutacaq.

XƏBƏR LENTİ