“Qarabağ”ın futbolçusu karyerasını İtaliya A Seriyasında davam etdirə bilər

Sayta qoyulub: 07:54 24.05.2018 (220 dəfə oxunub)

“Qarabağ” klubunun futbolçusu Donald Gerrye karyerasını İtaliyada davam etdirə bilər.

Bu barədə 29 yaşlı yarımmüdafiəçinin özü “Haitisporttotal” portalına bildirib. Haiti yığmasının üzvünün xidmətində İtaliya A Seriyasının adı açıqlanmayan klubu maraqlıdır.

“Avropanın Top-5 liqalarından birində oynaya biləcəyimlə fəxr edirəm”, - D.Gerrye vurğulayıb.

Qeyd edək ki, Donald Gerrye ötən yay “Qarabağ”la iki illik müqavilə bağlayıb. O, Ağdam komandasında 34 oyuna 3 qol, 1 məhsuldar ötürmə müəllifi olub. 

 

 

“Qarabağ”ın futbolçusu karyerasını İtaliya A Seriyasında davam etdirə bilər

 

“Report” 

XƏBƏR LENTİ