İnyestanın yeni klubu müəyyənləşdi

Sayta qoyulub: 07:49 24.05.2018 (244 dəfə oxunub)

Barselonanın keçmiş futbolçusu Andres İnyesta Yaponiyada oynayacağını təsdiq edib.

 

«Dostumla yeni iş yerimə yollanıram», – deyə İnyesta bu sözləri  Rakuten şirkətinin rəhbəri Xirosi Mikitani ilə təyyarədə çəkdirdiyi fotonun altında qeyd edib.

 

Elektron kommersiya ilə məşğul olan Rakuten firması keçən ildən Barselonanın titul sponsorudur.

 

İnyestanın Vissel Kobe komandasında oynayacağı gözlənilir. Klubun sahibi Rakutenin şəriki  Crimson Group-dur.

 

 

 

 

 

İnyestanın yeni klubu müəyyənləşdi

XƏBƏR LENTİ