Rövnəq Abdullayev DÇ-2026-ya namizəd ölkələrin nümayəndələri ilə görüşdü

Sayta qoyulub: 20:46 23.05.2018 (220 dəfə oxunub)

Rövnəq Abdullayev DÇ-2026-ya namizəd ölkələrin nümayəndələri ilə görüşdü

2026-cı ildə keçiriləcək dünya çempionatını təşkil emək üçün namizədliyini birgə irəli sürmüş ABŞ, Kanada və Meksika futbol federasiyalarının tender qrupundan ibarət nümayəndə heyəti Bakıya səfər edib.

AFFA-nın inzibati binasında assosiasiya prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədovla görüşən tender qrupunun üzvləri dünya çempionatının ev sahibliyinə namizədlikləri ilə bağlı təqdimatla çıxış ediblər.

DÇ-2026-nın təşkili üçün namizədliyini irəli sürmüş digər ölkə Mərakeşdi.

XƏBƏR LENTİ