Millimizin təlim-məşq toplanışı başlayır

Sayta qoyulub: 14:30 23.05.2018 (172 dəfə oxunub)

 

Millimizin təlim-məşq toplanışı başlayır
Milli komandamız qarşıdakı yoxlama oyunları üçün Bakıda təlim-məşq toplanışına başlayır. Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız bu gün saat 18:00-da ilk məşqinə çıxacaq.
 

Hazırlığa Tofiq Bəhramov adına Respublika stadionunda start verəcək millimiz növbəti məşqlərini Bakı Olimpiya Stationunda keçirəcək.

Qeyd edək ki, iyunun 2-dək Bakıda təlim-məşq toplanışında olacaq millimiz mayın 29-da Qırğızıstan, iyunun 6-da Qazaxıstan, iyunun 9-da Latviya ilə yoldaşlıq oyunu keçirəcək.

 

XƏBƏR LENTİ